AZ

Tramp: “Putin dedi ki, 10 ildir müharibəni bitirə bilmirik”

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin həllində ondan kömək istəyib.

Ölkə.az xəbər verir ki, Trampın sözlərinə görə, telefon danışığı zamanı Putin 10 ildir ki, müharibəyə son qoymağa çalışdığını, lakin buna nail ola bilmədiyini bildirib.

"İki həftə əvvəl Putinlə danışdım və o dedi ki, "Biz 10 ildir ki, bu müharibəyə son qoymağa çalışırıq, amma hələ də bacarmamışıq. İndi bunu həll etmək sizin ixtiyarınızdadır'", - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, BMT-nin heç bir köməyi olmadan bəzi oxşar məsələləri bir saat ərzində həll edə bilib.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
olke.az

4Mənbələr