ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.
Ayna.az xəbər verir ki, hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
* Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;
* Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;
“Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.