AZ

“Lukoyl”un neft emalı zavodunu dronlarla vurdu

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Volqoqrad şəhərində yerləşən “Lukoyl” – Volqoqradneftepererabotka” neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov zavoda pilotsuz təyyarənin hücumunu təsdiqləyib.

“Volqoqradın bir sıra rayonlarında yaşayış binalarının və nəqliyyat vasitələrinin şüşələrinin zədələnməsi qeydə alınıb. Krasnoarmeyski rayonundakı sənaye zonasında yanğın baş verib”, – Boçarov bildirib.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan məlumatlarda iddia edilir ki, Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raket Volqoqradda hündürmərtəbəli binaya düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
8
globalinfo.az

9Mənbələr