AZ

Trabzondan Soçiyə sərnişin bərə xidməti bərpa edilib

Yazını böyüt
Yazını kiçilt

Trabzonla Soçi arasında sərnişin bərə xidməti 14 illik fasilədən sonra bərpa olunub.

Hafta.az-ın yazdığına görə, əlverişsiz hava şəraiti səbəbindən gecikmədən sonra “Seabridge” bərəsi Türkiyə limanından Rusiyaya yola düşüb. Səyahətin təxminən 12 saat çəkəcəyi gözlənilir.

“Seabridge” xidmətini həyata keçirəcək bərə 1991-ci ildə inşa edilib, 2024-cü ildə modernləşdirilib və təmir edilib. Gəminin 450 sərnişin tutumu var, kafe və restoran xidməti də göstərir. Gəmidəki bütün xilasetmə sistemlərinin işlək vəziyyətdə olduğu bildirilir.

Bilet qiymətləri 55 dollardan başlayır və ilk səfərlər üçün endirimlər mövcuddur. Bilet satışına başlandığından bəri, xüsusən də noyabr və dekabr aylarında bayram mövsümləri üçün tələbat yüksək olub. Şirkət həmçinin gələcəkdə bərə ilə nəqliyyat vasitələrinin daşınmasını təklif etməyi planlaşdırır.

Soçi-Trabzon xəttində əvvəllər 1993-2011-ci illər arasında bərə xidmətləri göstərilib. 14 illik fasilədən sonra xətt həftədə iki dəfə müntəzəm reyslərlə yenidən açılıb.

Seçilən
53
hafta.az

1Mənbələr