AZ

“Trendyol”dan ilin ən böyük endirim kampaniyası

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin əsas e-ticarət platforması “Trendyol” ilin ən böyük endirim kampaniyasına başlayır.

Hər il noyabr ayında keçirilən “Super alış-veriş günləri” bu il 6-11 noyabr tarixlərini əhatə edəcək.

Kampaniya məişət cihazlarından ev və mətbəx əşyalarına, moda və geyimdən baxım məhsullarına qədər 1500-dən artıq kateqoriyaya daxil olan məhsullara böyük endirimlər təqdim edir. “Super alış-veriş günləri” çərçivəsində müştərilər “Noyabr20” kodu ilə 20% endirimdən yararlana bilərlər.

Üstəlik, müxtəlif mağazalar kampaniya günlərində xüsusi endirimlər, eləcə də 20%, 30% və 40%-lik endirim kuponları təqdim edir.

Kampaniya alış-veriş səbətinə tətbiq edilən özəl endirimlərlə də hər kəsi sevindirəcək.

Seçilən
22
2
publika.az

3Mənbələr