Bu il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 845,4 min nəfərə çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, 2025-ci ilin yanvar–oktyabr aylarında aktiv ƏDV ödəyicilərinin sayı 9 faiz artaraq 57,6 minə yüksəlib. Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,7 faiz artaraq 229,8 minə çatıb.