AZ

Ordu ayılarla mübarizəyə cəlb olundu

Yaponiyanın yeni hökuməti bir neçə bölgədə kəndliləri qorxudan ayılarla mübarizə aparmaq üçün qoşun göndərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ölkənin şimal hissəsinin sakinləri bu təhlükəli yırtıcıların hücumundan əziyyət çəkir. Təkcə bu ilin aprel ayından bəri insanlara qarşı onlarla hücum qeydə alınıb və 12 nəfər ölüb. Ümumilikdə, yaşayış məntəqələrinin yaxınlığında 8000-dən çox ayı müşahidəsi qeydə alınıb. Keçən illə müqayisədə bu rəqəm altı dəfə artıb.

DW nəşri yazır ki, vəziyyətin ən ağır olduğu Akita prefekturasında sakinlər gün batdıqdan sonra evlərini tərk etməkdən qorxurlar və meşə yollarından yayınmağa çalışırlar.

Yaponiyanın ilk qadın baş naziri Sanae Takaiçi tərəfindən qurulan ölkənin yeni hökuməti ayı problemi ilə məşğul olan mülki qurumlara kömək etmək üçün ordunu yerləşdirmək qərarına gəlib. Qeyd olunur ki, əsgərlər heyvanları vurmayacaqlar; əvəzində onlara qalxanlar, torlar və ayıqovan spreyi verilib. Ordunun əsas vəzifəsi tələ qurmaq, tutulan heyvanları daşımaq və ovçulara kömək etməkdir.

Musavat.com

 

Seçilən
52
musavat.com

1Mənbələr