AZ

Nazir müvinu Rövnəq Abdullayevi o TUTDU - GÖRÜN HARDA/DOSYE

İqtisadi İnkişaf nazirinin müavini Rövnəq Abdullayevin iş vaxtı  başına qəfildən iş gəlib.

Paytaxt.org-a daxil olan məlumata görə, hadisə iqtisadiyyat naziriliyinin inzibati binasında baş verdiyi iddia olunub.

Nazirliydə olan mənbənin iddiasına görə, hansısa problemlə bağlı, köməkçisi ilə iş otağından tələsik çıxan Rövnəq müəllimin qəfildən ayağı büdrəyib. Köməkçi son anda nazir müavinini tutub və yıxılıb xəsarət almaqdan xilas edib. Hadisə ilə bağlı həyacan keçirən Rövnəq Abdullayevə tibbi yardımın da göstərildiyi deyilir.

Hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat və açıqlama verilməyib.

Rövnəq Abdullayev 1965-ci ildə anadan olub.

Ali təhsilini Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsində alıb.

1989-cu ildən Neft Daşları NQÇİ-də, 28 May NQÇİ-də, "Xəzərdənizneftqaztikinti" Trestində mühəndis, şöbə rəisi, baş mühəndis vəzifələrində işləyib.

1997-ci ildən "Xəzərdənizneftqaztikinti" Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru vəzifələrində çalışıb.

2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin olunub.

III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Seçilən
44
paytaxt.org

1Mənbələr