AZ

Ronaldo ilə Corcinanın toy tarixi məlum oldu

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigezə bu ilin avqust ayında evlilik təklifi edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.

Ronaldo bildirib ki, Corcina onun üçün sadəcə sevgili deyil, həyat yoldaşı kimi dəyərləndirdiyi qadındır və bu qərar onun üçün tamamilə təbii olub:

"Corcina mənim və ailəmin qayğısına qalır. O, çox dəyərli və anlayışlı qadındır. Mən illərdir axtardığım insanı tapmışam. Toy mərasimi, çox güman ki, növbəti Dünya Çempionatından sonra olacaq".

Qeyd edək ki, növbəti futbol üzrə dünya çempionatı gələn ilin 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Hüseyn
Milli.Az

Seçilən
35
milli.az

1Mənbələr