AZ

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

Bakı. Trend:

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığıtarixi Zəfərdən beş il ötür.

Bu illər ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanır,şəhərlər və kəndlər müasir infrastrukturla bərpa olunur. AZCONHolding şirkətlərindən olan “Aztelekom” MMC də bu prosesdə fəaliştirak edərək “Azərbaycan Respublikasının işğaldan azad edilmişərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsindəQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internetinfrastrukturunun qurulması istiqamətində ardıcıl işlər görür.

Hazırda ümumilikdə 9 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləriilə təmin olunub. İnfrastrukturdan 6020 abunəçi istifadə edir.Onlardan 1022 nəfər əlavə olaraq telefon, 1316 nəfər isə İPTVxidmətlərindən yararlanır.

Bölgələrdə quraşdırılmış 19 OLT (Optik Xətt Terminalı)avadanlığı vasitəsilə müasir GPON (Giqabit Tutumlu Passiv OptikŞəbəkə) texnologiyası üzərindən sabit və sürətli internetbağlantısı yaradılıb.

Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulanmərhələsində 22 şəhər və rayonlararası magistral xəttin tikintisiplanlaşdırılıb. Onlardan 6 magistralda işlər artıq yekunlaşıb, 7istiqamətdə tamamlanma mərhələsindədir, 8 istiqamətdə tikinti davamedir, 1 magistral üzrə isə işlərin ilin sonunadək başlanmasıplanlaşdırılır. Ümumi uzunluğu 680 kilometr olan fiber-optikmagistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatınıgücləndirəcək.

Şirkət gələcək illərdə də bu istiqamətdə fəaliyyətinigenişləndirərək regionda müasir və dayanıqlı rabitəinfrastrukturunun tam formalaşdırılmasına töhfə verəcək.

Məqalədə:
Seçilən
24
7
az.trend.az

10Mənbələr