AZ

Azərbaycanlı jurnalistlər Xivədə tekstil fabrikini ziyarət ediblər

Azərbaycan jurnalistlərindən ibarət media‐qrup Özbəkistanın Xivə şəhərindəki “Khiva Teks” tekstil fabrikini ziyarət edib.

APA-nın Xivəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, ziyarət zamanı fabrikin fəaliyyəti ilə tanış olan jurnalistlərə bildirilib ki, müəssisə Türkiyə, Almaniya və Çin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib və 2023-cü ilin noyabrında istehsala başlayıb.

Fabrikdə hazırda 500 nəfər işlə təmin olunub və il ərzində 7 min ton iplik, 4 min ton trikotaj parçaları və 10 milyon ədəd tikiş-trikotaj məhsulu istehsal etmək gücü var.

Jurnalistlər həmçinin istehsal prosesi, ixrac imkanları və müəssisənin işçiləri ilə görüşüblər.

Qeyd edək ki, media nümayəndələrinin Xivəyə səfəri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində təşkil olunub. Səfərin məqsədi Xivə rayonunun sənaye, təhsil və tarixi-mədəni potensialını yerində öyrənmək, regionun turizm sahəsindəki təcrübəsini Azərbaycan ictimaiyyətinə təqdim etmək və iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verməkdir.

Seçilən
7
1
apa.az

2Mənbələr