AZ

Sevinc Həsənovaya şiddətli töhmət verildi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edib. Aparılan araşdırmaların nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşdirilib.

Milli.Azxəbər verir ki, məhz bu səbəbdən, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən "şiddətli töhmət" intizam tənbehi tətbiq olunub.

Qeyd edək ki, bu qərar son dövrlər təhsil sahəsində nizam-intizamın gücləndirilməsi istiqamətində atılan tədbirlər fonunda verilmiş ən sərt inzibati addımlardan biri kimi qiymətləndirilir.

İdarə rəhbərliyinin sözlərinə görə, təhsil sektorunda vəzifə səlahiyyətlərinin sui-istifadəsi və vəzifə məsuliyyətinə laqeyd yanaşma halları yolverilməz hesab edilir.

Milli.Az

Seçilən
48
15
milli.az

10Mənbələr