Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsində III turun oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.
Qarşılaşmaların yarısı Bakı vaxtı ilə saat 21:45-də, qalanı isə 00.00-da başlayacaq.
Türkiyənin yarışdakı yeganə təmsilçisi "Samsunspor" doğma meydanda Maltanın "Hamrun" komandasını qəbul edəcək. "Samsunspor" ilk iki oyununda qələbə qazanmaqla yanaşı, top da buraxmayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Maltalılar isə əksinə, nə xal qazana, nə də qol vura bilib.
Qeyd edək ki, Konfrans Liqasında 4-cü turun oyunları 27 noyabrda keçiriləcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, III tur
6 noyabr
21.45. "Samsunspor" (Türkiyə) – "Hamrun" (Malta)
21.45. "Şaxtyor Donetsk" (Ukrayna) – "Breydablik" (İslandiya)
21.45. "Maynts" (Almaniya) – "Fiorentina" (İtaliya)
21.45. "Sparta" (Çexiya) – "Rakuv" (Polşa)
21.45. AEK (Yunanıstan) – "Şemrok Rovers" (İrlandiya)
21.45. AEK (Larnaka, Kipr) – "Aberdin" (Şotlandiya)
21.45. "Noah" (Ermənistan) – "Siqma" (Çexiya)
21.45. KuPS (Finlandiya) – "Slovan" (Slovakiya)
21.45. "Sele" (Sloveniya) – "Legiya" (Polşa)
00.00. "Kristal Pelas" (İngiltərə) – "AZ Alkmaar" (Niderland)
00.00. "Dinamo Kiyev" (Ukrayna) – "Jrinski" (Bosniya və Herseqovina)
00.00. "Haken" (İsveç) – "Strasburq" (Fransa)
00.00. "Lozanna" (İsveçrə) – "Omoniya" (Kipr)
00.00. "Şkendiya" (Şimali Makedoniya) – "Yagelloniya" (Polşa)
00.00. "Linkoln" (Cəbəllütariq) – "Riyeka" (Xorvatiya)
00.00. "Rayo Valyekano" (İspaniya) – "Lex" (Polşa)
00.00. "Şelburn" (İrlandiya) – "Drita" (Kosovo)
00.00. "Rapid" (Avstriya) – "Universitatya" (Rumıniya)