AZ

Overçuk: Azərbaycan və Gürcüstandan keçən Rusiya-Ermənistan dəmir yolu əlaqəsi sülhün bərqərar olunmasına real töhfədir

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsi Cənubi Qafqazda sülhün bərqərar olunmasına real töhfədir və əməkdaşlığa ümumi səyin göstəricisidir.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O vurğulayıb ki, yeni marşrut Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında nəqliyyat əlaqəsini gücləndirir, Ermənistan bazarlarının Avrasiya İqtisadi İttifaqına üzv digər dövlətlərin məhsulları üçün əlçatanlığını artırır.

Rusiya Federasiyasının baş nazirinin müavini Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası istiqamətində görülən işlərə görə Gürcüstana, həmçinin Ermənistan və Azərbaycandakı həmkarlarına təşəkkürünü bildirib.

“Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası üzrə birgə işə görə Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikasının baş nazirinin müavini Mqer Qriqoryana, eləcə də bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə Gürcüstana təşəkkürümü bildirmək istəyirəm”, – deyə Rusiya Federasiyasının baş nazirinin müavini qeyd edib.

Qeyd edək ki, ötən gün Rusiya ərazisindən taxıl daşıyan qatar Azərbaycan və Gürcüstan üzərindən keçərək Ermənistana gedib.

Seçilən
16
2
apa.az

3Mənbələr