AZ

Azərbaycan neftinin qiyməti 65 dollara enib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,59% azalaraq 65,43 ABŞ dollarına düşüb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın 1 barelinin qiyməti 0,42 dollar ucuzlaşaraq 63,37 dollar olub. Müqayisə üçün, “Brent” markalı neftin yanvar fyuçersləri 64,56 dollar səviyyəsində ticarət olunur.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 70 dollar müəyyən edilib.

Seçilən
10
anews.az

1Mənbələr