AZ

Abramyan: “Ermənistan hakimiyyəti hərbçilərin yüksək maaş aldığı barədə blef edir”

Müdafiə və təhlükəsizlik komissiyasının üzvü Tiqran Abramyan sosial şəbəkələrdə yazıb ki, çox az sayda hərbçi attestasiya imtahanından “əla” qiymətlə keçir, iştirakçıların 40%-i isə minimal həddi belə keçə bilmir. Nəticədə onların maaşında heç bir artım baş vermir.

KONKRET.az xəbər verir ki, o, bu sözləri baş nazir Nikol Paşinyanın dünənki açıqlamasını şərh edərkən deyib. Qeyd edək ki, Paşinyan bildirmişdi ki, Ermənistanda aylıq 700 min dram (təxminən 1,8 min ABŞ dolları) maaş alan müqaviləli sıravi hərbçilər var.

Deputatın sözlərinə görə, əslində, yuxarıda qeyd olunan səbəblərə görə bir çox hərbçi cəmi təxminən 500 dollar civarında maaş alır.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
82
1
konkret.az

2Mənbələr