AZ

"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra qazandığı məbləğ məlum oldu

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində uğurlu nəticələr göstərməklə yanaşı, büdcəsini də xeyli zənginləşdirib.

Far.Az-in məlumatına görə, Ağdam klubu Çempionlar Liqasında keçirdiyi dörd oyunda 9,1 milyon avro (17,8 milyon AZN) qazanc əldə edib.

Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə və Bakıda "Kopenhagen"lə dueldən qalib ayrılmaq kluba 8,4 milyon avro (16,4 milyon AZN) qazandırıb.

Dünən isə London təmsilçisi "Çelsi" ilə 2-2 hesablı heç-heçə "köhlən atlar"ın büdcəsinə əlavə 700 min avro (1,3 milyon AZN) gətirib.

Məlumat üçün bildirək ki, UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqından əlavə, oyunların nəticəsinə görə də qazanc əldə edir:: Qələbəyə görə – 2,1 milyon avro bonus, heç-heçəyə görə – 700 min avro bonus.

Orxan Hüseyn

Seçilən
10
1
far.az

2Mənbələr