AZ

Rövşən AzTV-yə "Jiquli"ilə gəlmişdi, indi 26 milyonla gedir

Tanınmış jurnalist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili özünün sosial səhifəsində maraqlı paylaşım edib.

News365.az  xəbər verir ki, baş redaktor qeyd edib ki, "Təzadlar" hələ o vaxtlar yazırdı: "AzTV 20 yanvar partlayışında necə "mozqotryoseniye" alıbsa, heç cürə özünə gəlib düzəlmir:

“İki Məmməd(Qatır Məmməd- Məmməd Murad və Məmməd İsmayıl) gəldi- düzəlmədi, Babək (Xürrəmi) gəldi- düzəlmədi, Nizami (Nizami Gəncəvi) gəldi- düzəlmədi, bir Arif adam(Arif Alışanov) da gəldi, əşşi, yenə düzəlmədi... Görünür, Rövşən kimi birisi (Koroğlunun əsl adı) yüz minlik dəlisi ilə gələ ki, bəlkə vəziyyət düzələ...".

Hə, Rövşən gəldi, amma "Jiquli"ilə gəldi, indi 26 milyonluqla gedir... Çətin ki, bu gedişlə AzTV düzələ. Dedik axı, 20 yanvardakı "mozqotryoseniye" alıb bu TV...

News365.az 

Seçilən
82
news365.az

1Mənbələr