AZ

Pezeşkian: “İranın etimadını bərpa etmək üçün addım atmaq Qərbin borcudur”

ain.az, Bakivaxti saytına istinadən bildirir.

İran prezidenti Məsud Pezeşkian ABŞ və Avropa ölkələrini Tehranın etimadını bərpa etmək üçün real öhdəlik və səmimiyyət nümayiş etdirməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı İranın dialoqa və konstruktiv əməkdaşlığa açıq olduğunu vurğulayıb.

Pezeşkian qeyd edib ki, Qərb dövlətləri İranın qanuni hüquqlarına hörmət etməli və birtərəfli tələblərdən çəkinməlidirlər.

Makron isə şəffaflığın artırılması və sanksiyaların ləğvinə gətirə biləcək dialoqun davam etdirilməsinin vacibliyini bildirib.

Pezeşkian sonda qeyd edib ki, İranın etimadını bərpa etmək üçün sübut yükü ABŞ və Avropanın üzərinə düşür.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
bakivaxti.az

1Mənbələr