AZ

Qarabağ ın Çelsi ilə oyundan sonra qazandığı məbləğ məlum oldu

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində uğurlu nəticələr göstərməklə yanaşı, büdcəsini də xeyli zənginləşdirib.

BAKU.WS-in məlumatına görə, Ağdam klubu Çempionlar Liqasında keçirdiyi dörd oyunda 9,1 milyon avro (17,8 milyon AZN) qazanc əldə edib.

Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə və Bakıda "Kopenhagen"lə dueldən qalib ayrılmaq kluba 8,4 milyon avro (16,4 milyon AZN) qazandırıb.

Dünən isə London təmsilçisi "Çelsi" ilə 2-2 hesablı heç-heçə "köhlən atlar"ın büdcəsinə əlavə 700 min avro (1,3 milyon AZN) gətirib.

Məlumat üçün bildirək ki, UEFA-nın açıqladığı 2025/26 mövsümünün mükafat qaydalarına əsasən, qrup mərhələsində hər bir klub iştirak haqqından əlavə, oyunların nəticəsinə görə də qazanc əldə edir:: Qələbəyə görə – 2,1 milyon avro bonus, heç-heçəyə görə – 700 min avro bonus.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
baku.ws

2Mənbələr