"Qalatasaray" Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda səfərdə "Ayaks"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Amsterdam təmsilçisini Viktor Osimhenin het-triki ilə 3:0 məğlub edib.

Osimhen 6 qolla hazırda Çempionlar Liqasının bombardiridir.

"Qalatasaray" 9 xalla 9-cu yerdədir. Xalı olmayan "Ayaks" isə sonuncudur.

Qeyd edək ki, onlar gələn ayın əvvəli Bakıya gələcəklər.