BAKI, 6 noyabr. TELEQRAF
Mərkəzi Vyetnama yaxınlaşan "Kalmaeqi" tayfunu hava nəqliyyatında ciddi pozuntulara səbəb olub.
Teleqraf xəbər verir ki, ölkənin milli aviaşirkəti "Vietnam Airlines" hava şəraitinin kəskin pisləşməsi fonunda bir sıra uçuş cədvəllərinə düzəliş etdiyini açıqlayıb.
Məlumata görə, 50-dən çox aviareys ləğv edilib və ya təxirə salınıb.
6-7 noyabr tarixlərində Hoşimin şəhəri ilə ölkənin mərkəzi bölgələrindəki hava limanları arasında reyslər dayandırılıb.