28 dekabr 2025-ci il saat 11.00-da “Sabunçu Bazarı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.
2. “Sabunçu Bazarı” ASC-nin baş direktorunun seçilməsi.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi 4 nömrəli ünvanda tanış olmaq mümkündür.