AZ

Azərbaycan dövlətinin parlaq qələbəyə gedən yolu çətin və keşməkeşli oldu

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan çoxəsrlik tarixinin ən parlaq qələbəsini erməni terrorizmi və onun havadarları üzərində 44 günlük Vətən müharibəsinə qalxaraq dünyanın gözü qarşısında əldə etdi. 30 ildən çox müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni vandallarını layiqincə məhv edərək onların rəhbərlərini kapitulyasiya aktı olan 9 noyabr 2020-ci il sənədini imzalamağa məcbur etdi”.Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Tarixi Zəfərimizin 5 illiyinə nəzər yetirərkən səsləndirib. O bildirib ki, Azərbaycan dövlətinin bu parlaq qələbəyə gedən yolu çətin və keşməkeşli oldu:“Ordu yenidən quruldu. İllər boyu yeni silahlar alındı, ordu birlikləri formalaşdırıldı. Azərbaycan Ordusu NATO standartlarına keçdi. Türkiyənin də dəstəyi ilə yeni insansız uçan aparatlar alındı, ordumuz Türkiyə ordusunun təlim metodlarına tabe tutuldu. İsrail özünün yeni silahlarını, raket və pilotsuz uçan aparatlarını Azərbaycana verdi. Azərbaycan əsgəri də bütün yeni texnika və aparatların idarəsini yüksək keyfiyyətlə mənimsədi. Xüsusi təyinatlı birləşmələrin yaradılması isə Azərbaycan ordusunun şah damarını təşkil etdi. Daxili qoşunların, Milli Təhlükəsizlik qüvvələrinin və Ordunun xüsusi təyinatlı birləşmələri formalaşdırıldı. Ordu ən yüksək səviyyədə hazır vəziyyətə gətirildi. Artıq bütün ordu birləşmələri uyğun vəziyyətdə Ali Baş komandanın hücum əmrini gözləmə rejiminə keçdi”. Azər Qasımov qeyd edib ki, 2020-ci il 27 sentyabr günü Ermənistanın yeni ərazilər ələ keçirmək məqsədilə baş verən hücumuna qarşı cavab tədbirləri üçün əmr verildi və Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçdi:“30 ildən çox müddətdə ermənilər tərəfindən yaradılmış bütün müdafiə qurğuları qısa zamanda darmadağın edildi. "Ohanyan səddi" adlandırılan erməni ön cəbhəsi aşıldı. Ordumuz artıq bir-birinin ardınca işğalda olan kəndləri və şəhərləri azad etməyə başladı. Hücum zamanı ordumuzun işlətdiyi taktikalar sonralar dünya hərbi elmi tarixinə keçəcək, hərbi məktəblərdə öyrəniləcəkdi. Bunlardan ən maraqlısı Azərbaycan ordusunun ermənilərin Hava Hücumundan Müdafiə sistemlərinin yerini öyrənmək üçün işlətdikləri aldadıcı manevr idi. Azərbaycan ordusu əvvəlcədən təsərrüfat məqsədli təyyarəni havaya qaldırdıqdan sonra pilot təyyarəni paraşütlə tərk edirdi. Təyyarə isə öz hesabına erməni mövqelərinə doğru uçurdu. Ermənilər həmin günlər Azərbaycan təyyarələrinin vurulduğunu açıqlamışdı. Amma sən demə bunlar həmin pilotsuz təyyarələr idi. Ermənilər bu təyyarələri hərbi təyyarə hesab edib, vururdu. Azərbaycan ordusu isə təyyarəni vuran HHM sisteminin yerini təyin edib, onu məhv edirdi. Bu şəkildə müharibədə bir müddət sonra Azərbaycan ordusu Ermənistanın Qarabağ ərazisində olan bütün HHM sistemlərini məhv etdi və Qarabağ səmasında tam hakim vəziyyətə gəldi. Bundan sonra isə gerisi "corab söküyü" kimi gəldi. Azərbaycan ordusu Şuşaya kimi gedib çıxdı. Sonrakı proseslər də vaxt aldı. Amma 2023-cü ilin 19 sentyabrında keçirilmiş 24 saatdan az müddətli antiterror əməliyyatı ilə hər şeyə son nöqtəni qoydu”. Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
newscenter.az

2Mənbələr