AZ

Rubio Mərkəzi və Orta Asiya ölkələrinə gedəcək

ABŞ Dövlət Katibi Marko Rubio gələn il Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana səfər etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, Rubio bunu Dövlət Departamentində həmin ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib: “Mən şəxsən gələn il beş ölkənin hamısına səfər etmək niyyətindəyəm. Bilirəm ki, bu, bir həftə və ya daha uzun müddətli səfər olacaq”.

ABŞ Dövlət Katibi qeyd edib ki, Amerika biznesləri yuxarıda adı çəkilən Orta Asiya ölkələrinin bazarlarına çıxışı genişləndirməkdə maraqlıdırlar. Rubio ABŞ hakimiyyət orqanlarının son 10 ildə regiona kifayət qədər diqqət yetirməməsindən təəssüflənib. O, Tramp administrasiyasının Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla "ikitərəfli və ya regional səviyyədə birgə işləməyə" sadiq olduğunu əmin edib. Rubio əlavə edib ki, Ağ Ev rəhbəri 6 noyabrda Vaşinqtonda bu ölkələrin liderləri ilə görüşmək niyyətindədir.

Musavat.com

Seçilən
44
1
musavat.com

3Mənbələr