AZ

Xəstəliklərin gizli səbəbi ÜZƏ ÇIXDI – Dərman satışlarının kəskin artmasının PƏRDƏARXASI

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılara 1,139 milyard manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% çoxdur.
 

Farmakoloq Aydın Əliyev əczaçılıq məhsullarının satışının artmasını koronavirus peyvəndi ilə əlaqələndirib.


O Bizim.Media-ya açıqlamasında bildirib ki, bir xəstəliyə qarşı bir dərman istehsal olunur:

“Ondan istifadə edirlər o formasını dəyişir. Daha sonra həmin xəstəliklərin yeni variantları üzə çıxır və o variantlar üçün dərmanlar hazırlanır. Bu səbəbdən də artım ola bilər. Amma əsas səbəblərdən biri koronavirus peyvəndidir. Koronavirus peyvəndi bədənləri silkələdi.
 

Hansı orqanizmin immun sistemi zəifdirsə, bədənin zəif nöqtəsi varsa, o xəstəlikləri daha da qabarıq formada üzə çıxardı. Peyvənddən sonra xəstəliklərin sayı da artmağa başladı.


Bu səbəbdən də dərman satışları artmış ola bilər”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr