AZ

İlin avtomobili açıqlandı: BMW, Porsche və Mercedes deyil

Avtomobil həvəskarlarının maraqla izlədiyi MotorTrend "İlin Avtomobili 2026" yarışmasının nəticələri açıqlanıb. Performans, dizayn, mühəndislik və yenilikçilik meyarlarına əsasən aparılan qiymətləndirmə nəticəsində bu ilin ən uğurlu modeli müəyyənləşib. Lüks markaların yarışdığı sıralamada sürpriz nəticə qeydə alınıb.

Milli.Az xəbər verir ki, MotorTrend əvvəlcə geniş bir model siyahısını dəyərləndirib. Namizədlər arasında aşağıdakı avtomobillər yer alıb:

Audi S3 / RS3

Audi A5 / S5

Audi E-Tron GT

Porsche Panamera 4S E-Hybrid

Porsche Taycan 4S Cross Turismo

Porsche 911 Carrera T

Toyota GR Corolla

FİNALDA YER ALAN MODELLƏR

Ətraflı sınaqlardan sonra final mərhələsinə aşağıdakı modellər keçib:

Audi A6 / S6 E-Tron

BMW M2

Dodge Charger Daytona EV

Honda Civic Hybrid Hatchback

Mercedes-AMG CLE53

Mercedes-AMG E53

Volkswagen Golf GTI / R

ZİRVƏNİN SAHİBİ MƏLUM OLDU

Bütün göstəricilər üzrə ən yaxşı nəticəni göstərərək 2026-cı ilin avtomobili titulunu Volkswagen Golf GTI və Golf R qazandı.

Volkswagen-in Golf seriyası:

Güclü performansı,

Təkmilləşdirilmiş asqı sistemi,

Modern daxili dizaynı,

İqtisadi və güclü mühərrik variantları

sayəsində BMW, Porsche və Mercedes-AMG kimi güclü rəqibləri geridə qoyaraq ili lider kimi tamamladı.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
31
2
milli.az

10Mənbələr