
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ-a səfər edib.
Reyting.az xəbər verir ki, bu barədə “Akorda” məlumat yayıb.
Məlumata görə, Tokayev ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq, həmçinin Mərkəzi Asiya – ABŞ sammitində iştirak edəcək.
Hava limanında ABŞ dövlət katibinin müavini Kristofer Landau tərəfindən qarşılanan Tokayev daha sonra Vaşinqtonda təhsil alan Qazaxıstanlı tələbələrlə görüşüb.
V. QULİYEV