AZ

Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq

Beynin vaxtından əvvəl qocalmasının beş əlaməti açıqlanıb.

Publika.az xəbər verir ki, nevroloq Derya Uluduz "El Eco" ilə müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, bəzi əlamətləri həkim müayinəsi olmadan da müəyyən etmək mümkündür. 5 əlamət idrak funksiyasının pozulduğunu və beynin vaxtından əvvəl qocaldığını göstərə bilər:

"Narahatedici əlamətlərə "dilinizin ucunda" olan sözləri xatırlaya bilməmək, yeni materialı öyrənməkdə çətinlik çəkmək, oyandıqdan dərhal sonra gələn yorğunluq hissi, birdən çox tapşırıq yerinə yetirə bilməmək və unutqanlıq ( məsələn, vacib görüşləri unutmaq və ya əşyaların yerini tapa bilməmək) daxildir.

Həkim bildirib ki, əgər bir şəxsdə bu əlamətlərdən ən azı üçü varsa, bu, onun beyninin bədənindən daha sürətli qocaldığını göstərə bilər.

Seçilən
43
46
publika.az

10Mənbələr