AZ

Upamekano şifahi olaraq “Real”la keçid barədə razılaşıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bavariya”nın müdafiəçisi Deotşankül Upamekano şifahi olaraq “Real Madrid”ə transfer olunmağa razılıq verib.

İdman.Biz bildirir ki, bu barədə “Footmercato” məlumat verir.

Mənbənin məlumatına görə, “Kral klubu” “Liverpul”dan İbrahima Konateni mümkün gücləndirmə variantı kimi nəzərdən keçirir, lakin o, prioritet deyil. Madrid klubu Upamekanonu David Alaba və Antonio Rüdigerin potensial əvəzedicisi kimi görür: hər iki oyunçunun madridlilərlə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Upamekanonun Münhen klubu ilə müqaviləsi də gələn ilin yayına qədərdir.

Upamekano 2021-ci ilin yayında “RB Leypsiq”dən “Bavariya”ya 60 milyon avroya keçib. Deotşankül bu mövsüm bütün klub yarışlarında 14 oyunda meydana çıxıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
111
1
icma.az

2Mənbələr