AZ

Yanvaradək Rusiyanın 132 vaqon buğdası Azərbaycan ərazisindən Ermənistana çatdırılacaq

2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana Rusiyanın 132 vaqon buğdası çatdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi teleqram kanalında məlumat yayıb.

İlk yük – 1 000 tondan çox taxıl - Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. Daşınma "Rusiya Dəmir Yolları" tərəfindən təşkil edilib. 15 vaqondan ibarət taxıldan ibarət qatar Azərbaycan ərazisindən Gürcüstan-Ermənistan sərhədini keçib və Cənubi Qafqaz dəmir yolunun "Dalarik" stansiyasına gedir.

Nazirlik qeyd edib ki, yeni logistika marşrutunun təşkili Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə yük daşınmasıdır.

Buğda ilə yanaşı, digər yük kateqoriyalarının da daşınması nəzərdən keçirilir. Cümə axşamı gecəsi tranzit məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Rusiya buğdasının ilk partiyası - təxminən 1 000 ton olan 15 qatar vaqonu - Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatıb.

Seçilən
67
2
musavat.com

3Mənbələr