AZ

“İnter” öz meydançasında “Kayrat”a qalib gəlib - VİDEO

Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “İnter” “Kayrat”ı qəbul edib.

İdman.Biz bildirir ki, İtaliya klubu görüşdə 2-1 hesabı ilə qalib gəlib.

45-ci dəqiqədə Lautaro Martinez hesabı açıb. “Kayrat”ın oyunçusu Ofri Arad 56-cı dəqiqədə bərabərlik qolunu vurub. 67-ci dəqiqədə Karlos Auqusto “İnter”in oyundakı ikinci qolunu vurub.

Bu oyundan sonra “İnter”in 12 xalı var, “Kayrat” cəmi 1 xal toplayıb.

Növbəti turda Kristian Çivunun komandası “Atletiko Madrid”lə (26 noyabr), Rafael Urazbaxtinin klubu isə “Kopenhagen”lə (26 noyabr) qarşılaşacaq.

İdman.Biz

Seçilən
55
idman.biz

1Mənbələr