Vaşinqton, 6 noyabr, AZƏRTAC
ABŞ Federal Aviasiya Administrasiyası şatdaun davam edərsə, cümə günündən etibarən ölkədəki 40 hava limanında nəqliyyatın hərəkətini 10 faiz azaldacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə nəqliyyat katibi Şon Daffi Vaşinqtonda keçirilən konfransda deyib. O, bildirib ki, bu addım hərəkətli hava limanlarında işçi çatışmazlığı səbəbindən atılacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton