Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə başa çatıb.
90deqiqe.Az xəbər verir ki, matçdan sonra “Çelsi”nin baş məşqçisi Enzo Mareska UEFA-nın saytına açıqlama verib. Mütəxəssis rəqibin çıxışını yüksək dəyərləndirib:
“Artıq öncə də qeyd etmişdim ki, ‘Qarabağ’ çox yaxşı oynayır. Onlar meydanda düzgün qərarlar verir və bu, rəqib üçün çətinlik yaradır. Biz isə bəzi sadə səhvlərə yol verdik, gələcək matçlarda bu hallar təkrarlanmamalıdır.”
Hazırda London təmsilçisi 4 turdan sonra 7 xal toplayıb. “Çelsi” növbəti turda, noyabrın 25-də evdə “Barselona” ilə qarşılaşacaq.