AZ

“Hər dəfə səndən danışanda gülümsəyirəm və darıxıram”

“Liverpul”un sabiq müdafiəçisi, hazırda “Real Madrid”də çıxış edən Trent Aleksandr-Arnold avtomobil qəzasında həlak olan Dioqo Jotanın xatirəsini anıb.

Sportinfo.az xəbər verir ki, futbolçu mərhum komanda yoldaşının xatirəsinə ucaldılmış xatirə kompleksinin önünə qırmızı və ağ güllərdən ibarət buket, eləcə də qırmızı oyun konsolu və məktub qoyub.

“Əziz dostum Dioqo, biz sənin üçün çox darıxırıq və səni hələ də səmimi şəkildə sevirik. Sənin və Andrenin xatirəsi həmişə bizimlə qalacaq.

Hər dəfə səndən danışanda gülümsəyirəm və birgə keçirdiyimiz gözəl günləri heç vaxt unutmayacam. Sənin üçün hər gün darıxıram, dostum”, – deyə Arnold məktubunda yazıb.

Seçilən
19
sportinfo.az

1Mənbələr