AZ

Tramp Rusiya və Çinlə birlikdə nüvəsizləşdirmə planı üzərində işləyə biləcəyini açıqlayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 6 noyabr, AZƏRTAC

ABŞ Prezidentİ Donald Tramp Çin və Rusiya ilə birlikdə nüvəsizləşdirmə planı üzərində işləyə biləcəyini deyib. AZƏRTAC-ın məlumatına görə, bu barədə Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışı zamanı danışan ABŞ Prezidenti planın detallarını açıqlamayıb.

“Nüvə silahımızı yenidən işlədik. Biz bir nömrəli nüvə gücüyük. Bunu etiraf etməyi xoşlamıram, çünki bu, çox dəhşətlidir. Rusiya ikinci, Çin böyük fərqlə üçüncüdür, amma onlar dörd-beş il ərzində bizə çatacaqlar. Ola bilsin ki, biz üçümüz nüvəsizləşdirmə planı üzərində işləyəcəyik. Bunun alınıb-alınmayacağını görəcəyik”,- deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
3
azertag.az

4Mənbələr