UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” oyunu (2:2) futbol azarkeşlərinə böyük həyəcan yaşadıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı şərh edən türkiyəli idman jurnalisti Ertem Şener matçdan sonra sosial şəbəkədə paylaşım edərək “Qarabağ”ın çıxışına heyran qaldığını bildirib.
Şener paylaşımında yazıb:
“Bəli, budur! Təbriklər, QARABAĞ!
Oyunu şərh edərkən böyük zövq aldım, çox böyük qürur yaşadım.
Azərbaycanlı qardaşlarımıza göstərdikleri marağa görə sonsuz təşəkkürlər.
Qürur"
Türkiyəli şərhçi “Qarabağ”ın “Çelsi” kimi güclü rəqibə qarşı göstərdiyi oyunla bütün türk dünyasına qürur yaşatdığını vurğulayıb.
Xatırladaq ki, Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.