AZ

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Necə rahat oynadığımızı gördünüz? İkinci topu hücumda olarkən buraxdıq. Çox gözəl, sürətli oyun idi. Komandamızla fəxr edirəm. Bəlkə də Azərbaycan futbolunun tarixində ən baxımlı matçlardan biri idi.

Ölkə.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Çelsi” ilə oyunundan sonra deyib.

“Biz 2 gün sonra Zəfər bayramını qeyd edəcəyik və dünya liderləri Azərbaycana gələcək. Bu gün “Qarabağ” sübut etdi ki, Azərbaycan xalqı cəsarətli xalqdır. Zənnimcə, Azərbaycan futbol tarixində ən gözəl, ən ləzzətli oyunlardan biri idi. “Qarabağ” sübut etdi ki, “Çelsi” kimi dünya çempionu bir klubla çox rahat bacarır. Bizim bu gün udmaq şansımız var idi".

O qeyd edib ki, hesab 2:1 olarkən 3-cü qolu gözləyib: "Çünki artıq özümüzə inam gəlmişdi. Çoxlu qol epizodumuz oldu. Nəzərə alaq ki, rəqib “Çelsi” idi. Heyətində çox təhlükəli oyunçular var. Macəra davam edir". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
olke.az

2Mənbələr