AZ

“Çox gözəl komandadır, möhtəşəm işlər görürlər” “Çelsi”nin baş məşqçisi

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“Əvvəldən demişdim ki, “Qarabağ” gözəl oynayır. Çox gözəl komandadır, möhtəşəm işlər görürlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib.

“Onlara qarşı oynamaq çətin idi. Oyunun 2:2 olacağını bilməzdik. Heç birimiz fikirləşmirdik ki, bura gəlmişik və belə olacaq. 2:2 oldu, bir xal qazandıq. Bundan sonrakı oyunlarda özümüzü bərpa etmək istəyirik. Çempionlar Liqasıdır, hər şey ola bilər. “Qarabağ” tərəfdarları ilə bağlı deyə bilərəm ki, ətraf mühit, izləyicilər mükəmməl idi. Hər şey əla idi”, – deyə o söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
qafqazinfo.az

1Mənbələr