AZ

Yaşılın son saniyələrində yolayrıcına girən sürücünü belə vurdular REAL VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səbirsiz sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində baş verən qəzanın görüntüləri kameraya düşüb. Belə ki, “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığının yanmasına saniyələr qalmış qırmızıdan keçərək yol kəsişməsinə daxil olub və hərəkətdə olan yük maşını ilə toqquşub. Zərbənin təsirindən avtomobil yol kənarına düşüb.

Qəza nəticəsində “Chevrolet”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr