UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivlərinin start heyətləri bəlli olub.
ONN media xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
***
"Qarabağ" - "Çelsi" qarşılaşması başladı.
***
"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.
***
Andrade 30-cu dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.
***
Yankoviç görüşün 39-cu dəqiqəsində penalti zərbəsi ilə "Qarabağ"ı hesabda önə keçirdi: 2-1.
***
Qarnaço 53-cü dəqiqədə hesabı 2-2 etdi.
***
"Qarabağ"la "Çelsi"nin qarşılaşması 2-2 hesabı ilə başa çatdı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta