AZ

Tramp Respublikaçılar Partiyasının son seçkidə məğlubiyyətini şərh edib

"Federal hökumətin fəaliyyətinin dayanması ("şatdaun") keçirilən seçkidə Demokratlar Partiyasının qələbə qazanmasında böyük rol oynayıb".

Moderator.az "Politico" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp respublikaçı senatorlarla görüş zamanı Respublikaçılar Partiyasının namizədlərinin seçkidə uduzmalarını şərh edərkən deyib.

O, respublikaçıları federal hökumətin maliyyələşdirilməsini mümkün qədər tez bərpa etməyə çağırıb:

"Əgər ictimai rəy sorğularına baxsanız, görərsiniz ki, hökumətin fəaliyyətinin dayanması Respublikaçılara mənfi təsir göstərən əsas amillərdən biri olub. Dünən axşam heç kim qələbə gözləmirdi bu, Demokratların güclü olduğu bölgələr idi. Çox maraqlı bir gecə idi və biz çox şey öyrəndik".

Xatırladaq ki, Demokratlar Partiyası Nyu-York meriyası, eləcə də Nyu-Cersi və Virciniya ştatlarının qubernator seçkisində qalib gəlib.

Seçilən
23
2
moderator.az

3Mənbələr