AZ

Putin və Tramp arasında görüş üçün zəmin yaranmayıb -

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında yeni sammitin keçirilməsi üçün lazımi zəmin əldə edilə bilməyib.Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə açıqlama verib. O, Moskvada jurnalistlərə Rusiya-ABŞ münasibətləri ilə bağlı danışarkən tərəflər arasında əlaqələrin davam etdiyini ifadə edib. Sergey Ryabkovun sözlərinə görə, tərəflər arasında bir sıra məsələlər müzakirə edilir və təhlükəsizliklə bağlı məsələlər prioritet hesab edilir. Ryabkov Rusiyanın ABŞ-yə birbaşa uçuşların bərpa olunmasını dəstəklədiyini bildirib, lakin bu məsələdə heç bir irəliləyiş əldə olunmadığını bildirib.

Putin və Tramp arasında yeni sammitin keçirilməsi ehtimalına gəldikdə isə, Ryabkov bildirib ki, belə bir görüşün reallaşması üçün əsas şərtlər yerinə yetirilməyib.

Seçilən
20
metbuat.az

1Mənbələr