AZ

Rusiyanın milli siyasət strategiyası hazırlanacaq



Rusiyanın milli siyasət strategiyası hazırlanacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı tapşırıq verib. Belə ki, Kreml rəhbəri Rusiya Federasiyasının 2036-cı ilə qədər milli siyasətinin strategiyasının layihəsinin mümkün qədər tez hazırlanmasını əmr edib.

“Əvvəlki, müddəti başa çatmaqda olan strategiyanın həyata keçirilməsi zamanı əldə edilənlərə görə sizə təşəkkürümü bildirirəm və xahiş edirəm ki, 2026-2036-cı illər üçün yeni Milli Siyasət Strategiyasına dair sərəncam layihəsini tez bir zamanda hazırlayasınız”, -deyə prezident Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının iclasına yekun vurarkən deyib.

Mehman Mehdiyev
Seçilən
35
1
newscenter.az

2Mənbələr