AZ

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 5,2 milyon barel artıb

Bakı. Trend:

ABŞ-də kommersiya xam neft ehtiyatları bir həftə ərzində 5,2milyon barel artaraq 31 oktyabr 2025-ci il tarixinə 421,2 milyonbarel təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyixəbər verib.

Nazirlik bildirib ki, cari neft ehriyatlarının həcmi ilin budövrü üçün beş illik orta səviyyədən 4 faiz aşağıdır.

Qeyd edək ki, Londonun "ICE" birjasında 2026-cı ilin yanvar ayıüçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,61 faizazalaraq bir barel üçün 64,05 dollara, dekabr ayı üçün "WTI" xamneftin fyuçerslərinin qiyməti isə 0,84 faiz azalaraq bir barel üçün60,05 dollara düşüb.

Seçilən
16
az.trend.az

1Mənbələr