Rusiya prezidenti Vladimir Putin 2026-cı ilin Rusiya Xalqlarının Birliyi İli elan edilməsi ideyasını dəstəkləyib.
Busaat.az xəbər verir ki, o, görüş zamanı Millətlərarası Münasibətlər Şurasının üzvünün bu barədə təklifinə cavab verib.
“Biz bunu edəcəyik”,-deyə Putin bildirib.
Putin həmçinin baş nazirin müavini Tatyana Qolikovaya müvafiq qərarların layihələrini hazırlamağı tapşırıb.
Bir gün əvvəl Rusiya lideri bəyan etmişdi ki, Rusiya hazırda 1612-ci ildə Polşa müdaxiləsi zamanı olduğu kimi öz suverenliyini müdafiə edir. Bundan əlavə, Vladimir Putin Çətinliklər dövründə rus xalqının qəhrəmanlığını xatırlamağa çağırıb.
Rusiyada Milli Birlik Günü 2005-ci ildən noyabrın 4-də qeyd olunur.Bu il bayram 20 illiyini qeyd edib və Putin ənənəvi olaraq Minin və Pojarskinin abidəsi önünə gül dəstələri qoyub.
Yeganə