AZ

"Qarabağ" "Çelsi" ilə oyunda fasiləyə üstün yollanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.

BAKU.WS-in məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.

***22:25

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.

BAKU.WS-in məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.

39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.

***22:17

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda turunda "Qarabağ" və "Çelsi" komandaları arasında matçda hesab bərabərləşib.

BAKU.WS-in məlumatına görə, "Qarabağ"ın bərabərlik qolunu 29-cu dəqiqədə Leandro Andrade vurub.

***22:07

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda turunda "Qarabağ" və "Çelsi" komandaları arasında matçda hesab açılıb.

BAKU.WS-in məlumatına görə, qonaqların heyətində 16-cı dəqiqədə Estevao fərqlənib.

***21:45

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda turunda "Qarabağ" və "Çelsi" komandaları arasında matç başlayıb.

BAKU.WS-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Sebastyan Qişamerdir. Ona Roland Ridel və Santino Şreyner kömək edirlər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirir.

Video köməkçi sistemində (VAR) Manuel Şutenqruber, onun assistenti (AVAR) kimi isə Yozef Şpurni çalışır.

Seçilən
22
3
far.az

2Mənbələr