AZ

​Yaponiyada ordu ayılara qarşı hərəkətə keçdi

Yaponiya, ayı hücumlarının artdığı ölkənin şimalındakı Akita prefekturasına qoşun yeritmək qərarına gəlib. Metbuat.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Sato Fumitoşi bildirib ki, ayı hücumları əhalinin sıx yaşadığı ərazilərdə tez-tez baş verdiyi üçün hökumətin prioritet məsələsidir. Yaponiya Quru Özünümüdafiə Qüvvələri və Akita Prefektura hökuməti arasında əldə edilən razılaşmaya əsasən, ayı tələlərinin quraşdırılması, yerli ovçuların daşınması və öldürülmüş ayıların utilizasiyasına dəstək vermək məqsədilə bölgəyə hərbçilər göndəriləcək.

Razılaşmaya əsasən, əsgərlər hücumlara qarşı mübarizə çərçivəsində ayılara atəş açmayacaq, yalnız lojistik dəstək göstərəcəklər. Məlumata görə, ölkənin şimalında artan ayı hücumlarında 12 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Seçilən
13
metbuat.az

1Mənbələr