AZ

Ukrayna ordusu Pokrovsk Şəhər Şurasının binasını azad etdi

BAKI, 5 noyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Pokrovsk Şəhər Şurasının binasına nəzarəti bərpa edib.

Teleqraf xəbər verir ki, "Skala" 425-ci Əlahiddə Hücum Alayı Pokrovsk Şəhər Şurasının binasını ruslardan azad edib.

Alayın Telegram kanalının məlumatına görə, yenidən Ukrayna bayrağı binanın üzərində dalğalanır.

"Bizim iki hücum dəstəmizə Pokrovsk şəhərinin mərkəzinə daxil olmaq və şəhər şurasını işğalçılardan təmizləmək tapşırılmışdı. "Jdun” raketi ilə nəqliyyat vasitəsinin məhv edilməsinə baxmayaraq, biz şəhərə daxil ola bildik. Əsgərlər pusquya düşsələr də, düşməni məhv etməyə müvəffəq oldular, yeganə yaralı əsgər isə döyüşü davam etdirir" - deyə, məlumatda qeyd olunur.

Qeyd etmək lazımdır ki, Pokrovsk Şəhər Şurasının binası şəhərin cənub hissəsində - "boz zona" adlanan dərinlikdə yerləşir.

Pokrovsk şəhərinin təxminən 80% Rusiyanın nəzarəti altındadır.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr