Kiyev küçələrində bir kişi avtomobilin damında Rusiya istehsalı olan “Şahed” dronunu daşıyıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dronu ələ keçiriblər.
Bu barədə Kiyev polisi 5 noyabrda məlumat verib. Məlumatda bildirilir ki, 4 noyabrda hüquq-mühafizə orqanlarının əməkdaşları sosial mediada üzərində “Geran-2” yazısı olan düşmən dronunun olduğu iddia edilən bir paylaşım aşkar ediblər. Darnitsa Polis İdarəsi və Bomba Dəstəsindən ibarət istintaq qrupu hadisə yerinə gəlib: “Mütəxəssislər təhlükəli obyekti araşdırıblar – məlum olub ki, bu, deaktiv döyüş başlığı olan “Şahed” tipli pilotsuz uçuş aparatıdır, yəni vətəndaşların həyatı üçün heç bir təhlükə yaratmır.
Mətbuat xidməti bildirib ki, nəqliyyat vasitəsinin sahibi, ictimai təşkilata rəhbərlik edən 30 yaşlı yerli sakin dronu muzeyə bağışlamağı planlaşdırdığını bildirib.
Polis əlavə edib ki, dron əlavə araşdırma üçün müsadirə edilib və hadisənin bütün halları müəyyən edilir.
//Samir Qurbanov, Editor.az